35 mindən çox tələbə siyasətçilərə protesto edib

35 mindən çox tələbə siyasətçilərə protesto edib
Belçikada yaşanan siyasi böhran tələbələrin etirazına səbəb olub. 35 mindən çox nümayişçi 125 gün ərzində hökumət qura bilməyən siyasətçilərə protesto edib. Tələbələrin internetdəki sosial şəbəkələri vasitəsilə elan etdikləri yürüş qısa müddətdə bütün ölkə əhalisinin diqqətini cəlb edib. Siyasi böhranın səbəbi isə Fleman partiyasının təmsilçilərinin daha çox azadlıq və vergi nəzarətini ələ keçirmək istəməsidir. Digər partiya üzvləri isə bu fikirlərin ölkənin parçalanmasına səbəb ola biləcəyini düşünür və flemanların tələblərinin rədd edilməsini məqsədəuyğun hesab edirlər. Nümayişçilərin sözlərinə görə, siyasətçilərin yanlış davranışları ölkə rəhbərliyini cəmiyyətin gözündən salır: "Bu böhranın qurbanları belçikalılar oldu, əslində vətəndaşlar arasında heç bir problem yoxdur. Əsas problem partiya təmsilçiləri arasındadır. Siyasətçilər aralarındakı bu mübahisləri bir kənara buraxıb öz işləri ilə məşğul olsalar heç də pis olmazdı".

Bütün xəbərlər Facebook səhifəmizdə