Kəskin hava şəraiti Böyük Britaniyada problemlər yaratdı

Kəskin hava şəraiti Böyük Britaniyada problemlər yaratdı

Böyük Britaniyada hava şəraitinin kəskin dəyişməsi səyahətlərin axsamasına və nəqliyyatda problemlərin yaranmasına səbəb olub. SİA xəbər verir ki, İngiltərənin mərkəzi və cənub hissələrində gün ərzində yağan dolu-qar ciddi nəqliyyat problemi yaradıb. Belə ki, Norson əyalətində qarşı istiqamətə gedən yük maşını ilə “BMW” markalı maşının toqquşması nəticəsində ölüm hadisəsi baş verib. “BMW” sürücüsü qəza nəticəsində həyatını itirib.

Polisdən verilən məlumata görə bir neçə yol bağlanıb və sürücülərin nəqliyyatdan istifadə zamanı diqqətli olmaları tapşırılıb. Sinoptiklər dəyişkən hava şəraitinin bir müddət davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə