Burkina-Fasonun şimalında qəbilələr arasında silahlı münaqişə nəticəsində 62 nəfər öldürülüb. SİA CNN telekanalının saytına istinadla xəbər verir ki, bu ölkənin daxili işlər naziri Simeon Savadoqo Mali ilə sərhəddə yerləşən Arbinda qəsəbəsində qəbilələr arasında silahlı münaqişədə 62 nəfərin öldürüldüyünü bildirib. Daha 9 nəfər silahlılar tərəfindən girov götürülüb.
Burkina-Fasoda silahlı münaqişə qəbilələrdən birinin dini lideri, onun oğlu və qardaşının qətlə yetirilməsindən sonra qızışıb. Nazir əlavə edib ki, 2015-ci ildən bəri bu ölkədə terror hücumlarının sayı artmaqda davam edir. Belə ki, ötən il dekabrın 27-də ölkənin Sourou ştatında terrorçuların hücumu nəticəsində 10 jandarm qətlə yetirilib.
Həmin insidentdən sonra ölkənin 13 inzibati vahidində fövqəladə vəziyyət elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB