Estoniya baş naziri Juri Rataş, parlamentin yeni tərkibinin ilk iclasında hökumətin istefaya getdiyini açıqlayıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın ali qanunvericilik orqanının mətbuat xidməti məlumat yayıb.
Konstitusiyaya görə, Estoniyada keçirilən növbəti parlament seçkilərindən sonra baş nazirin başçılıq etdiyi köhnə hökumət istefaya getməlidir.
"Baş nazir, hökumətin istefası ilə əlaqədar açıqlama verdi. O, Estoniya prezidentinə də bu barədə məlumat verəcək. Mövcud hökumət Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək işinə davam edəcək", məlumatda deyilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB