İranın Kirman vilayətində Zahidan-Yəzd magistralında hərəkət edən avtobus “Samand” markalı avtomobillə toqquşduqdan sonra aşıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bunu İranın Kirman vilayəti fövqəladə hallar və tibbi yardımlar mərkəzinin direktoru Məhəmməd Sabiri deyib.
M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 23 nəfər yaralanıb.
Sabiri əlavə edib ki, yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB