Bu aydan etibarən BMT Təhlükəsizlik Şurasının sədrliyi Fransadan Almaniyaya keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasına iki ay müddətinə "birgə sədrlik" haqqında razılığa gəlmişdi.
Rəsmi Berlin, aprel ayında ABŞ prezidenti Donald Tramp rəhbərliyinin beynəlxalq dəyərlər sistemini tənqidi fonunda bütün qüvvəsini dünyanın qorunmasına yönəldəcəyini bəyan etmişdi.
Almaniya və Fransa xarici işlər nazirləri, Hayko Maas və Jan-İv Le Drian mətbuata birgə açıqlama verərək mövcud dünya nizamını qorumaq və müdafiəsinin vacibliyini vurğulamışdı.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB