Cənubi Koreyada meşə yanğınları şiddətlənir

Cənubi Koreyada meşə yanğınları şiddətlənir

Cənub Koreyanın Sunçxon şəhərində meşə yanğınları şiddətlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsinə 10 helikopter, 18 yanğınsöndürmə texnikası, əsgərlər də daxil olmaqla 600 nəfər cəlb edilib.

İki saatdan sonra yanğını söndürmək mümkün olub. Hadisə nəticəsində meşədə 5 hektar ərazi yanıb. Ziyanın həcmi yanğınla bağlı işlər yekunlaşdıqdan sonra arta bilər.

Qeyd edək ki, Sunçxon şəhərində digər meşə yanğını hadisəsi də vaş verib ki, həmin yanğının söndürülməsinə 7 vertolyot, 15 yanğınsöndürmə texnikası cəlb edilib. Məlumata görə, güclü külək tez bir zamanda iri ərazinin yanmasına səbəb olub. Küləyin sürəti azaldıqdan sonra yanğının bir hissəsi söndürülüb.

" Küləyin sürəti azaldıqdan sonra yanğının böyük hissəsini söndürmək mümkün olub. Əsas təhlükə geridə qalsa da, hadisələrin bundan sonra necə cərayan edəcəyini diqqətlə müşahidə edirik ",- deyə Sunçxon şəhərinin yanğınsöndürmə xidmətinin əməkdaşı söyləyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə