Qarşılıqlı şəkildə vizaların havayı verilməsinə başlanılıb

Qarşılıqlı şəkildə vizaların havayı verilməsinə başlanılıb

Həsən Ruhaninin İraqa ilk səfəri zamanı tərəflər qarşılıqlı şəkildə vizaların pulsuz verilməsi haqda razılıq əldə etmişdilər. İki müsəlman dövləti bu gündən sözügedən razılaşmanın tətbiqinə başlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın Həcc və Ziyarət Təşkilatı məlumat verib.

Bildirilib ki, İran və İraq qarşılıqlı şəkildə vizaların havayı verilməsinə bu gündən start veriblər.

Qeyd edək ki, İranın Prezident Aparatının Beynəlxalq Əlaqələr Şöbəsi iki ölkə arasında vizaların havayı verilməsinin aprelin 10-dan başlayacağını bildirmişdi.

İran prezidenti Həsən Ruhaninin ötən ay İraqa 3 günlük səfəri çərçivəsində iki ölkənin ticarət mübadiləsinə təkan verə biləcək mühüm anlaşmalar əldə edilmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə