Nepalda güclü fırtına nəticəsində 25 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Hadisə, Nepalın paytaxtı Katmandudan 120 km cənubda baş verib.
Hazırkı məlumata görə, fırtınadan 400 nəfərdən çox insan ziyan çəkib.
“Fırtına ağacları, telefon və elektrik dirəklərini aşırdıb. Bir çox insan məhz bu səbəblərdən ziyan çəkib”, - deyə, təhlükəsizlik orqanlarının açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Bu cür hava şəraiti Nepal üçün nadir hal sayılmır. Xüsusilə də aprel və may aylarında bu ərazidə güclü fırtına hadisələri baş verir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB