Rusiyalı iş adamı təyyarə qəzasında həlak olub

Rusiyalı iş adamı təyyarə qəzasında həlak olub

“S7 şirkətlər qrupu” Qapalı Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, 55 yaşlı rusiyalı iş adamı Natalya Fileva Almaniyada təyyarə qəzasında həlak olub. Dünən N.Filevanın olduğu “Epic-LT” şəxsi təyyarəsi Almaniyanın Egelsbax hava limanında eniş edərkən qəzaya uğrayıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Almaniyanın “Bild” qəzetinin yazdığına görə, təyyarə Kann şəhərindən havaya qalxıb. N.Fileva 2018-ci ildə “Forbs” jurnalının tərtib etdiyi Rusiyanın ən zəngin qadınları siyahısında 4-cü yeri tutub. Onun var-dövləti 600 milyon dollar məbləğində qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə