Türkiyə və Suriya arasında gizli PKK razılaşması

Türkiyə və Suriya arasında gizli PKK razılaşması

Türkiyə ilə Suriya arasında PKK terror təşkilatı ilə bağlı gizli bir anlaşma əldə olunub. SİA-nın məlumatına görə, bu haqda mərkəzi Parisdə yerləşən "Intelligence Online" adlı internet saytı informasiya yayıb. Razılaşmaya görə, rəsmi Dəməşq 4 min PKK üzvünə və liderlərinə sığınacaq verəcək. Suriya daha sonra isə onların bağışlanılmasını təmin edəcək.

 

"Intelligence Online" sözügedən razılaşmanın 21 dekabr 2010-cu il tarixində Suriyanın baş naziri Məhəmməd Haci Əl-Otarinin Türkiyə səfərində əldə olunduğunu yazıb. Xəbərdə PKK-lılara sığınacaq verilməsi təklifinin ilk olaraq Şimali İraq muxtar bölgəsinin rəhbərliyi tərəfindən edildiyi, ancaq Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbul edilmədiyi bildirilib.

 

"Intelligence Online"nin yazdığına görə, PKK-lılar Dəməşqdən gələn təklifi qəbul etməyə bilər. Buna səbəb kimi PKK lideri Abdullah Öcalanın 1998-ci ildə tutulmasında Suriyanın iştirakı ilə bağlı şübhələr göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə