Kütləvi məzar axtaran vyetnamlılara köhnə düşmənləri kömək edir

Kütləvi məzar axtaran vyetnamlılara köhnə düşmənləri kömək edir

Vyetnam müharibəsi zamanı öldürülən 81 kommunist hərbçisinin olduğu kütləvi məzarlıq keçmiş ABŞ-lı hərbçilərin köməyi tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vyetnam ordusunun səlahiyyətlisi kütləvi məzarlığın ABŞ-lı əsgərlərin təqdim etdikləri xəritə əsasında ölkənin Tum vilayətində tapıldığını açıqlayıb.

 

Kütləvi məzarlığa basdırılan hərbçilərin 1968-ci ilin mart ayında bir ABŞ hərbi hissəsinə təşkil edilən hücum zamanı öldürüldüyü ehtimal edilir. Şimali Vyetnam qüvvələrinin ABŞ-ın dəstəklədiyi Cənubi Vyetnamın keçmiş paytaxtı Sayqonu ələ keçirməsi ilə sona çatan müharibədə 3 milyon vyetnamlı ilə təxminən 58 min ABŞ hərbçisi ölüb.

 

Amerika qoşunları Vyetnama 1965-ci ildə girmişdi. Amma vaxtadək ölkə ərazisində ABŞ kəşfiyyatçıları var idi. Müharibədə ABŞ quru qoşunlarının 68, dəniz piyadasının 60, strateji aviasiyasının 50 və taktika aviasiyasının 32 faizindən istifadə olunub. Dəhşətli Vyetnam müharibəsi düz 10 il davam edərək, 1975-ci il aprelin 30-da başa çatdı. Vyetnam 300 min insanın itkin düşdüyünü bildirir. Vaşinqtonla Hanoy arasında diplomatik əlaqələr isə 1990-cı illərdə bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə