Ermənilərin Avropadakı Çobanyanı Dağlıq Qarabağdan danışıb

Ermənilərin Avropadakı Çobanyanı Dağlıq Qarabağdan danışıb

"Azərbaycanın səsləndirdiyi hərbi bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin dinc, danışıqlar yolu ilə müzakirəsinə kölgə salır". SİA-nın "Armenian Post"a istinadən verdiyi xəbərə görə, bunu Avropa Erməni Federasiyasının (EAJFD) sədri Hilda Çobanyan deyib. O, eyni zamanda Avropa Birliyinin xüsusi nümayəndəsi Piter Semnebi ilə görüş keçirdiyini və görüş zamanı Bakıdan olan erməni qaçqınların Ermənistan və Dağlıq Qarabağdakı vəziyyətini müzakirə etdiklərini vurğulayıb.

 

Hilda Çobanyan daha sonra Avropa Komissiyasının sədri Joze Manuel Barrozunu sərt tənqid etməkdən çəkinməyib: "Azərbaycana rəsmi səfər etmiş Barrozu Bakıda öldürülmüş ermənilərin xatirəsini yad etməyib, onların acı taleyindən bir kəlmə də danışmayıb. Barrozu üçün ermənilərin maraqları, mənafeləri və dəyərləri deyəsən heç bir əhəmiyyət kəsb etmir. Lakin cənab Barrozu bilməlidir ki, ermənilər belə davranışlarla barışmaq, hər şeyə laqeyd seyr etmək niyyətində deyillər və baş verənlərə mütləq cavab verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə