Çinin "J-20" hərbi təyyarəsinə qarşılıq Pekinə raket təlimi ilə gözdağı vermək istəyən Tayvan prezidenti Ma İnszyunun istəkləri reallaşmayıb. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumatına görə, son illərdə ilk dəfə raket sınağının media tərəfindən izlənilməsinə icazə verən dövlət başçısı buna peşman olub. Belə ki, atılan 19 raketdən 5-i hədəfə çatmayıb, bəziləri isə hədəfi çatsa da partlamayıb.
Adanın cənubundakı Çiupeng hərbi bazasında keçiilən təlimin nəticəsindən heç məmnun qalmadığını söyləyən Ma İnszyu uğursuzluğa insan amilinin, yoxsa texniki bir problemin səbəb olmasının araşdırılacağını bildirib. Tayvan Hava Qüvvələri general-leynenantı Pan Kung-Hsiao isə təlimlə əlaqədar verdiyi açıqlamasında "belə bir nəticə gözlənilən variantlar içərisində idi. Amma təbii ki, həll ediləsi lazım olan bir çox problemlərimiz var" deyib.
Qeyd edək ki, Cin Hava Qüvvələri bir müddət əvvəl "J-20" hərbi təyyarələrinin sınağını keçirib və sınaq uğurlu alınıb. Çin və Tayvan 1949-cu ildəki vətəndaş müharibəsindən sonra ayrılıb. Ancaq iki ölkə arasındakı gərginlik Pekinin Tayvanın Çin torpağı olduğunu iddia etməsinə görə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB