Qazaxıstanın Taraz şəhərində yaşayış binasında partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə həticəsində yaşayış binasının 1-3 mərtəbəsi dağılıb.
İlkin məlumata görə, gecə saatlarında baş verən partlayışa qaz avadanlıqlarından diqqətsiz istifadə səbəb olub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Qazaxıstan Baş nazirinin müavini Jenis Kasimbekin sədrliyi ilə hökumət komissiyası yaradılıb və komissiya üzvləri hadisə yerində olublar.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB