Moldova prezidentinin korteji yenə qəzaya düşüb

Moldova prezidentinin korteji yenə qəzaya düşüb

Moldova Prezidenti İqor Dodonun kortejindəki avtomobillərdən biri yol-nəqliyyat hadisəsi ilə üzləşib. Interfax agentliyi xəbər verir ki, hadisə xidməti səfər zamanı baş verib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, qarşıdan gələn avtomobilin sürücüsü ötüb-keçmə əməliyyatı zamanı yolun sürüşkən olduğunu yaddan çıxarıb.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. Polis təhqiqat aparır.

Moldova prezidentinin kortejində bundan əvvəl də qəza baş vermişdi. 2018-ci il sentyabrın 9-da İqor Dodonun getdiyi “Mersedes” onun yoluna çıxan yük maşınına dəyərək aşmışdı. Qəza nəticəsində üç nəfər yüngül xəsarət almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə