"Vania" tropik siklonu Sakit okean hövzəsində yerləşən Vanuatu və Yeni Kaledoniyada müşahidə olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, saniyədə 26 metr sürətlə əsən külək güclü yağışla müşayiət olunub. Nəticədə, tikililərin dam örtüyü zədələnib, xeyli sayda ağac qırılıb, elektrik və rabitə xətləri sıradan çıxıb. Əkin sahələrinin yarasız vəziyyətə düşməsi məhsulun məhvi ilə nəticələnib. Təhlükəsizlik tədbirləri çərçivəsində dövlət müəssisələrinin və təhsil ocaqlarının fəaliyyəti təxirə salınıb. Tələfat barədə məlumat verilmir. Hazırda "Vania" siklonu Yeni Zelandiya istiqamətində hərəkət edir. Yerli əhaliyə yaşayış yerlərini tərk etməmək tövsiyə olunub.
Eyni zamanda Yeni Kaledoniyanın cənub hissəsində zəlzələ olub. Yeraltı təkanların gücü 7,3 bal təşkil edib. Zəlzələnin episentri Yeni Kaledoniyanın inzibati mərkəzi olan Numea şəhərindən 291km şimal-şərqdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB