ABŞ-ın Luiziana, Missisipi, Alabama, Corciya və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rejimin tətbiqinə ölkənin cənub hissəsində hökm sürən qeyri-sabit hava şəraiti səbəb olub. Qarlı və şaxtalı hava şəraiti, təxminən, 2 min aviareysin təxirə salınması, rabitə və elektrik xətlərinin zədələnməsi, minlərlə yaşayış evlərinin işıqsız qalması və yol-nəqliyyat qəzalarının artması ilə nəticələnib.
Donvurmadan ölənlərin olduğu qeyd edilir. Təhlükəsizlik tədbirləri çərçivəsində bir çox dövlət müəssisələri və təhsil ocaqları bağlanıb. Hazırda hadisə bölgəsində müvafiq işlər görülür. Hakimiyyət nümayəndələri yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün lazımi qədər texnika və digər ləvazimatların olmadığını bildirib. Əhaliyə zərurət yaranmadığı halda yaşayış yerlərini tərk etməmək tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB