Qazaxıstanda terrorizmi təbliğ edənlər tutulub

Qazaxıstanda terrorizmi təbliğ edənlər tutulub

Qazaxıstanın Türküstan vilayətində terrorizmin təbliğində şübhəli bilinənlər saxlanılıb. Qazaxıstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Türküstan vilayətinin dörd sakini saxlanılıb. Onlar terrorizmin təbliği ilə yanaşı, dini ədavətin başlanmasında da şübhəli bilinirlər. Şübhəlilərin yaşadıqları mənzildən destruktiv məzmunlu dini ədəbiyyat, elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə