Pompeo İrana çağırış edib

ABŞ dövlət katibi Mayk Pompeo İranın raket proqramını maneə törətmək üçün daha sərt beynəlxalq məhdudiyyətlərin qoyulmasını tələb edib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Bundan əvvəl İranın müdafiə nazirinin müavini Kasem Tağızadə ötən ay İran peykinin orbitə yerləşdirilməsinə uğursuz cəhddən sonra “Dusti” (Dostluq) peykinin buraxılışını elan edib. Son raket buraxılışı bir daha sübut edir ki, İranla nüvə razılaşması raket proqramını dayandırmır. İran, ballistik raketlər sahəsində potensialını artıraraq BMT Təhlükəsizlik Şurasına çağırış edir. İranın raket proqramını maneə törətmək üçün sərt məhdudlaşdırıcı tədbirləri bərpa etməyimiz lazımdır”, - deyə Pompeo öz Twitter səhifəsində qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə