Sinay yarımadasındakı Şarm əş-Şeyx kurort şəhərinin yaxınlığında iki avtobusun toqquşması nəticəsində üç nəfər ölüb. Onlardan ikisi uşaq, biri isə qadındır. AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat qəzasında daha 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Avtobusların birində iraqlı turistlər, digərində isə yerli sakinlər olublar.
Hadisə yerinə 20 təcili tibbi yardım maşını cəlb olunub. İlkin məlumatlara görə, avtobusların toqquşmasının səbəbi güclü yağışdan sonra yolun sürüşkən olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB