Ukraynanın Donetsk-Zaporojye magistralında baş verən yol qəzası nəticəsində 6 nəfər həlak olub. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı xəbərə görə, “Daewoo Lanos” və “Chevrolet Lacetti” markalı avtomobillərin toqquşması nəticəsində hadisə yerində beş nəfər ölüb, üç nəfər ağır xəsarət alıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.
Zərbənin gücündən “Chevrolet Lacetti” markalı avtomobil alışıb. Xatırladaq ki, rəsmi statistikaya görə, 2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həlak olub. Ötən il 3350 nəfər yol qəzalarının qurbanı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB