Türkiyə xarici işlər nazirinin müavini Sedat Onalın başçılıq etdiyi nümayəndə heyəti, ABŞ səlahiyyətliləri ilə Suriyadakı vəziyyət, Fəthullah Gülən ilə PKK terror təşkilatına qarşı mübarizə və "Patriot" havadan müdafiə sisteminin tədarükü ilə bağlı bir sıra mövzuları müzakirə etmək üçün ABŞ-a səfər edib. SİA "Anadolu"ya istinadən verdiyi xəbərə görə, görüşlər Vaşinqtonda Türk-Amerika əlaqələrindəki fikir ayrılıqlarını aradan qaldırmaq üçün üç birgə işçi qrupunun yaradılması ilə bağlı razılaşma çərçivəsində keçiriləcək.
İşçi qruplarının yaradılması qərarı, ABŞ Dövlət katibinin 2018-ci ilin fevral ayında Ankaraya səfəri zamanı qəbul edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB