Parisin cənub-qərbində yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 27 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin kritik olduğu bildirilir.
Yanğın baş verən əraziyə 200-ə yaxın yanğınsöndürən cəlb edilib. Qonşu evlərin sakinləri təxliyə edilib. Yanğının səbəbləri məlum deyil.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB