İsraillə Türkiyənin arasında yeni gərginlik yaranıb. SİA-nın məlumatına görə, iki ölkə arasında münasibətlərin pozulacağı ehtimal edilir. Bu dəfəki gərginliyin səbəbi isə Şərqi Qüdsdür. Belə ki, İsrail yəhudilərə iqamətgah tikmək üçün Şərqi Qüdsdə yerləşən bir oteli uçurub. Bu hadisə Türkiyə tərəfindən sərt qarşılanıb. Ankara rəsmiləri Şeyx Cərrah bölgəsində yerləşən otelin dağıdılmasını şiddətlə qınayıb.
Türk siyasətçilər bu vəziyyətin heç də yaxşı olmadığını deyiblər. Onların sözlərinə görə, yeni bir gərginliyin yaranması hər iki tərəfə mənfi təsir göstərəcək: ""Mavi Mərmərə" hadisəsindən sonra İsrail-Türkiyə münasibətlərinin normallaşdırılması üçün göstərilən cəhdlər nəticəsiz qala bilər. Çünki çətinliklə yaradılan əlaqə, İsrail tərəfinin məsuliyyətsiz addımına görə zədələnəcək".
Siyasətçilərin sözlərindən belə qənaətə gəlmək olar ki, Türkiyə tərəfi məsələ ilə bağlı sərt cavab verəcək. Əgər türklər otelin yıxılması hadisəsini böyütsələr, bu heç də yaxşı nəticə verməyəcək. Onsuzda iki ölkə arasında "Mavi Mərmərə" məsələsinin izləri hələ də davam edir. Bu məsələ öz həllini tapmamış, hər şey qaydaya salınmamış yeni bir məsələnin gündəmə gəlməsi Türkiyə tərəfini qəzəbləndirə bilər.
İsrailin atdığı addım isə hələ də sual doğurur. Uzun müddətdir ki, münasibətlərin yaxşılaşdırılması üçün cəhd göstərdiklərini deyən İsrail rəsmiləri bu addımın qarşısında nə deyəcəklər? Doğrusu, çox maraqlıdır.
Bir neçə gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu açıqlamasında sülh hər cür cəhd göstərdiklərini demiş və bundan sonrakı məsuliyyəti Türkiyənin boynuna atmışdı. Bu gün isə şahidi olduğumuz məsələ bu sözləri təkzib edir. Türkiyənin rəyi alınmadan otelin yıxılması və yerində yəhudilərə iqamətgah tiklməsinin planlaşdırılması Türkiyəyə qarşı hörmətsizlikdən başqa heç nə deyil.
Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarını pozduğu deyilib. Nazirlik rəsmiləri bu cür davranışların İsrailə zərər verəcəyni bildiriblər.
Məsələ ilə bağlı Ankara rəsmiləri ilk addım olaraq beynəlxalq ictimaiyyətdən İsrailin təhrikedici davranışlarına görə cəzalandırılmasını tələb ediblər.
Bəlkə də bütün baş verənlər sırf Qüdsün statusunun dəyişdirilməsinə ünvanlanıb. Çünki İsrail Qüdsün toxunulmazlığını pozmaq üçün əvvəllər də bir çox addımlar atmış, lakin müvəffəqiyyətsiz olmuşdu. Addımların nəyə hesablandığını, vaxt seçiminin doğru olub-olmadığını, İsralin sülh cəhdlərində saxta davranıb-davranmadığını və bu kimi bir sıra sual doğuran məsələlərin cavabını zaman verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB