Meksikanın İdalqo əyalətində boru kəmərində baş verən partlayış qurbanlarının sayı 125 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilənlərdən 56 nəfəri dünyasını dəyişib, 23 nəfər isə ikinci dərəcəli yanıq xəsarətləri ilə müalicəsini davam etdirir. 2 nəfər xəstəxanadan evə buraxılıb. Ümumilikdə isə xəstəxanaya 81 nəfər yerləşdirilmişdi.
Qeyd edək ki, fəlakətə yoxsul ailələrin yanacaq oğurluq məcburiyyətində qalması səbəb olub. Meksika prezidenti Andres Manuel Lopez Obrador yanacaq oğurlamaq məcburiyyətində qalan yoxsul ailələr üçün sosial yardım tədbirləri görəcəyi ilə bağlı söz verib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB