Roma Papası BƏƏ-də

Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərini edib. Bu, həmçinin katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir. SİA-nın "Interfax"a istinadən verdiyi xəbərə görə, Roma Papası Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək.

Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək. Bundan başqa, Papa Al-Ajar məscidinin Şeyxi Əhməd Al-Tayeblə görüşəcək. Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə