Anomal şaxtalar nəticəsində 21 nəfər ölüb ABŞ

Anomal şaxtalar nəticəsində 21 nəfər ölüb  ABŞ

ABŞ-ın orta şərq hissəsində anomal şaxtalar səbəbindən azı 21 nəfər həyatını itirib. SİA Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bəzi insanlar küçələrdə və öz evlərində donaraq, digərləri isə buz bağlayan yollarda baş verən qəzalar və bədbəxt hadisələr nəticəsində ölüb.

İllinoys ştatının Rokford şəhərində havanın temperaturu rekord həddə - mənfi 34 dərəcəyə enib. Çikaqoda da meteoroloji müşahidələr tarixinin rekordu müəyyən edilib – mənfi 29 dərəcə. Viskonsin ştatının Medison şəhərində termometrlər mənfi 32 dərəcəni göstərir.

Çikaqoda ofislərin əksəriyyətində iş dayandırılıb, elektrik və su təchizatında, həmçinin nəqliyyatın hərəkətində problemlər yaranıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar mindən çox aviareys ləğv olunub.

Yanvarın 31-də siklon şərqə doğru hərəkətini davam etdirib. Qərbi Nyu-Yorka 50 santimetr qar yağıb.

Fevralın 3-də şaxtalardan əziyyət çəkən rayonlarda kəskin istiləşmənin baş verəcəyi, havanın temperaturunun 27 dərəcə yüksələcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə