Gürcüstan və Rusiya danışıqları bərpa edir?

Gürcüstan və Rusiya danışıqları bərpa edir?

Gürcüstan ilə Rusiya arasında yükdaşımalarla bağlı gömrük monitorinqinə dair danışıqlar bərpa olunur. Belə ki, danışıqların növbəti mərhələsi fevralın 8-9-da İsveçrədə keçiriləcək. Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib ki, görüşdə tərəflər arasında gələcək fəaliyyətə dair strategiyanın hazırlanması nəzərdə tutulur.

Xatırladaq ki, yüklərin gömrük monitorinqinə dair Gürcüstanla Rusiya arasında müqavilə 2011-ci ildə imzalanıb. Lakin müəyyən səbəblərdən bu günədək tərəflər arasındakı mövcud bəzi problemlər hələ də həll olunmayıb. Sənədə əsasən, yüklərin monitorinqini İsveçrənin "SGS" şirkəti həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə