Abdullah Gülün xanımı Hayrunnisa Gülün, ərinin öldürülmə ehtimalının olması barədə söylədiklərini "Milliyyət" qəzetinin yazarı Tələt Atillanın ötən gün qələmə aldığı köşə yazısı yayımdan qaldırılıb.
Axar.az xəbər verir ki, sözügedən yazı "Milliyyət"in xəbər portalından silinib. "Gülün xidməti avtomobilində zəhərli qaz şübhəsi" başlığında yayımlanan köşə yazısında Gülün xanımının belə söylədiyi iddia edilib:
"Abdullah bəy avtomobildən hər dəfə enəndə sərxoş kimi olur. Maşın hərəkət edəndə içəriyə sanki zəhərli qaz verilir. Həyat yoldaşımı öldürmək istəyənlər ola bilər. Abdullah bəy belə şeylərə o qədər də məhəl qoymur. Bu üzdən Gülə demədən maşına baxdırın. Nədir bu qoxu?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB