Tramp açıqladı: "ABŞ-da 25 milyondan çox qanunsuz miqrant var"

Tramp açıqladı: "ABŞ-da 25 milyondan çox qanunsuz miqrant var"

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkədə ən azı 25772342 qeyri-leqal miqrant var. Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Hələ fevral ayı başlamayıb, qeyri-leqal miqrasiyanın dəyəri18959495168 dollar təşkil edir. Bizim ölkəmizdə neçə illər ərzində açıqlanan 11000000 nəfər yox, ən azı 25772 342 nəfər qeyri-leqal miqrant qeydiyyata alınıb", - deyə Tramp yazıb.

Daha əvvəl bildirilirdi ki, Tramp demokratların mövqeyinə baxmayaraq, sərhəd divarı tikmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə