4500 gürcü xarici ölkələrdən deportasiya olunub

4500 gürcü xarici ölkələrdən deportasiya olunub

Keçən il ərzində müxtəlif xarici ölkələrdən, ümumilikdə, 4 min 500 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, hesabat dövründə ən çox Gürcüstan vətəndaşı Türkiyədən deportasiya olunub–1700 nəfər.

Siyahıda ikinci yerdə İsrail dövləti gəlir. 2018-ci ildə İsraildən 813 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub. Üçüncü yerdə 531 nəfərlə Almaniya dayanır.

Həmin dövrdə Fransadan 273 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub.

Keçən il Rusiyadan 209 nəfər, Avstriyadan 166 nəfər, Belçikadan 108 nəfər, İsveçdən 102 nəfər, İsveçrədən 84 nəfər, İtaliyadan 83 nəfər, Yunanıstandan 58 nəfər, Ukraynadan 46 nəfər, İspaniyadan 44 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub.

Hesabat dövründə gürcülər ən az Qırğızıstan, Macarıstan, Slovakiya və Kubadan deportasiya olunublar. Hər ölkədən 1 nəfər.

Bütün xəbərlər Facebook səhifəmizdə