Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa tüğyan edir. SİA-nın verdiyi məlumata görə, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub.
Qasırğa ilə əlaqədar bir neçə istixana dağılıb və işçilər xəsarət alıb. Bu saata olan məlumata görə, qasırğa nəticəsində yaralananların sayı 5 nəfərdir.
Xatırladaq ki, yanvarın 24-ü Antalyada baş vermiş qasırğa nəticəsində 2 həlak olmuş, 11 nəfər xəsarət almışdı.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB