Yunanıstanda Bütöv Makedoniya Konfederasiyasının təşkilatçılığı ilə bazar günü Prespa sazişinə etiraz olaraq böyük tətil keçirilməsi gözlənilir. Yanvarın 20-dən başlayaraq artıq bir neçə şəhərdə “Makedoniya-Yunanıstandır” şüarı altında etiraz aksiyaları keçirilib. Bazar günü “Yeni Demokratiya” müxalifət partiyasının hökumətə etimadsızlıq votumu irəli sürəcəyi də gözlənilir.
Qeyd edək ki, Prespa gölü sahilində imzalanmış Prespa sazişi uzun illər Yunanıstan və Makedoniya arasında mübahisəli məsələ olan Makedoniya Respublikasının adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsini nəzərdə tutur. Saziş ratifikasiya olunduğu halda Makedoniyanın NATO və Avropa İttifaqına yolu açılır. Yunanların fikrincə, makedoniyalılar yalnız Yunanıstanın şimal bölgəsində yaşayan sakinlərdir, qonşu dövlətin vətəndaşları makedoniyalılar deyil.
Qeyd edək ki, yanvarın 25-də Yunanıstan parlamenti keçmişdə Yuqoslaviyadan ayrılan Makedoniya Respublikasının adının Şimali Makedoniyaya dəyişdirilməsi barədə Afina və Skopye arasında imzalanan sazişi təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB