Ölkəni tərk etməyəcəkləri təqdirdə ABŞ diplomatlarının yaşadığı evlərə qazın və elektrik enerjisinin verilişi dayandırıla bilər. Axar.az xəbər verir ki, bu sözləri Venesuela Milli Şurasının sədri Diosdado Kabella deyib.
“Onlar getməyəcəklərini bildirir, üstəlik Maduronu tanımadıqlarını söyləyirlər. Bəs anidən işıqları və qazları kəsilsə necə ola bilər? Bu ölkədə belə problemlərlə yaşamaq... Diplomatik əlaqə yoxdursa, heç bir xüsusi münasibət də yoxdur”, - deyə Kabella bildirib.
Qeyd edək ki, ABŞ-ın Xuan Quaidonu Venesuela prezidenti kimi tanımasından sonra Maduro ABŞ-la diplomatik əlaqələri kəsmiş və amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələri barədə qərar vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB