Qazaxıstan dövlətinin adı Qazax Respublikasına dəyişdirilə bilər. SİA-nın verdiyi xəbərə görə, bu barədə ölkə parlamentinin üzvü Azad Peruaşev açıqlama verib.
“Bir çox ölkələrdə dövlət həmin dövləti yaradan xalqın adı ilə adlanır. Buna görə hökumətə ölkə adının Qazax Respublikasına dəyişdirilməsi üçün müraciət etmişik”-deyə deputat deyib.
Peruaşev bir çox deputat həmkarlarının da bu təklifə dəstək verdiklərini əlavə edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə