"Yumruğumuz hər yerə çatacaq"

İsrailin güc yumruğu varlığımıza görə narahatlıq keçirən hər kəsə çatacaq. Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. “İsrail xalqının təhlükəsizliyinin təmin etmək üçün ən müasir silah sistemlərini təkmilləşdirəcəyik”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi İsrailin Aralıq dənizində "Arrou 3" raketdən müdafiə sistemini sınaqdan keçirdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə