İran İslam Respublikası ilə "5+1" qrupu arasında nüvə danışıqları 21-25 yanvar tarixlərində İstanbulda baş tutacaq. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq İranın İsveçrədəki nümayəndələri isə "5+1" qrupunun bu ölkədəki nümayəndələri arasında 2 günlük müzakirələrdən sonra əldə olunub.
Cenevrə müzakirələri isə 2010-cu ilin 6-7 dekabr tarixlərində keçirilib. Razılıq əldə olunmasına baxmayaraq, ABŞ və Avropa Birliyi danışıqların ikinci mərhələsinin Türkiyədə aparılmasına qarşı idi.
Qeyd edək ki, İranla nüvə müzakirələri aparan "5+1" qrupuna Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvü, ABŞ, Çin, İngiltərə, Fransa, Rusiya və Almaniya daxildir. İran isə nüvə danışıqlarında Türkiyə və Braziliyanın birbaşa iştirakında maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB