Misirdə beş terrorçu məhv edilib

Misirdə beş terrorçu məhv edilib

Misirin təhlükəsizlik qüvvələri tərəfindən Sinay yarımadasının şimalındakı Əl-Ariş şəhərində beş terrorçu məhv edilib. Misirin Daxili İşlər Nazirliyinin milli təhlükəsizlik idarəsinin məlumatında deyilir ki, ekstremistlər zərərsizləşdirmə əməliyyatı zamanı silahlı müqavimət göstərərkən cavab atəşi ilə məhv ediliblər.

Qeyd olunur ki, yaraqlılar Əl-Ariş şəhərinin ətrafındakı rayonlarda terror hücumları həyata keçirməyi planlaşdırırmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə