"Almaniya Böyük Britaniyanın Baş naziri Tereza Meydən yeni təkliflər gözləyir". SİA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel deyib.
Onun sözlərinə görə, bundan sonra Britaniya tərəfi Teresa Meyin söz verdiyi kimi gələcək addımları barədə məlumat verməlidir.
"Almaniya "Brexit"dən gələn zərərin minimuma endirilməsini istəyir. Məhz buna görə biz müntəzəm olaraq bu mövzuda çalışmağa davam edəcəyik. Berlin fərqli ssenarilərə hazırlaşır. Almaniyada bu mövzuda qəbul edilən qanun paketi, Bundestaqın sabahkı yığıncağında müzakirə ediləcək. Danışıqlar üçün hələ də vaxtımız var və biz Böyük Britaniya baş nazirinin təkliflərini gözləyirik ", - Merkel bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB