İranda təyyarə qəzaya uğrayıb FOTO

İranda təyyarə qəzaya uğrayıb FOTO

Qırğızıstana məxsus "Boing 707" yük təyyarəsi İranın paytaxtı Tehranın Fəth aeroportunda eniş edərkən qəzaya uğrayıb. SİA-nın məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.

Onun sözlərinə görə, Qırğızıstanın Bişkek şəhərindən havaya qalxan yük təyyarəsi Peyam aeroportu istiqamətində uçurmuş. Pilot səhvən Kərəcin Fəth aeroportunda eniş edib və qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə 10 sərnişin olub.

Hadisə yerinə 1 vertolyot və 10 təcili yardım maşını, 6 xilasetmə qrupu cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə