Avstriyada Lex kəndində baş verən qar uçqunu nəticəsində Almaniyadan olan 3 xizəkçi ölüb, daha bir nəfər isə itkin düşüb. Bu barədə Bavariyanın “Merkur” qəzeti yazıb.
Məlumata görə, dağ xizəkçiləri xizək yolunun bağlı olan ərazisində olublar. Onların cəsədləri xilasedicilər tərəfindən tapılıb. Ölən şəxslərin üzərində fövqəladə vəziyyətlər üçün lazım olan avadanlıq olub.
Bildirilir ki, qar kütləsi onları özü ilə süpürüb aparıb. Bu səbəbdən də meyitlərin üzərində çoxsaylı yaralar aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB