Livan BMT-dən yardım istəyib
Livanın qaz yataqları İsraillə sərhəd bölgəsində yerləşir. SİA-nın məlumatına görə, bu səbəblə narahatçılıq keçirən Livan Birləşmiş Millətlər Təşkilatından (BMT) mühafizə tədbirləri görülməsi üçün yardım tələb edib.

Livanın xarici işlər naziri Əli Şami BMT-nin baş katibi Pan Gi Muna məktub göndərərək bildirib ki, İsrailin sərhəddəki qaz yataqlarını istismar etməsinə mane olmaq lazımdır.
Livan rəsmilərinin sözlərinə görə, İsrail sərhəddə apardığı qazıntı işlərini Livan ərazilərinə qədər genişləndirib. Əgər bu vəziyyətin qarşısı alınmasza İsraillə Livan arasında vəziyyət gərginləşəcək.

Qeyd edək ki, Pan Gi Mun göndərilən məktubu hələ cavablandırmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə