Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən olan Çin hərbi gücünü artırmaqla əsas rəqiblərinə çatmağa səy göstərir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin yeni istehsal etdiyi 4-cü nəsil radara düşməyən döyüş təyyarəsinin sınağını da uğurla həyata keçirib.
Xəbərə görə, təyyarənin ilk uçuşu yanvar ayının ortalarında həyata keçiriləcək. Təyyarələr ən tezi 2017-ci ildə Çin Hava Qüvvələrinin istifadəsinə veriləcək. Məlumatda deyilir ki, dünyanın ən güclü ölkələrinin hava qüvvələri 4-cü nəsil təyyarələrdən artıq istifadə edir. Belə ki, 1997-ci ildə ABŞ istehsalı olan "F-22"lər 4-cü nəsil döyüş təyyarələridir və onlar 2006-cı ildən ABŞ Hava Qüvvələrinin istifadəsindədir.
Rusiyanın yeni nəsil hərbi təyyarəsi "Sukhoi T-50"nin də daxil olduğu yeni hərbi proqramda təyyarənin ilk olaraq keçən ilin yanvar ayında sınaqdan keçirildiyi və 2015-ci ildə Rusiya Hava Qüvvələrinin istifadəsinə veriləcəyi açıqlanıb. Çin xəbər agentliklərinin yazdığına görə, rəsmi Pekinin təyyarə sınağı ilə əlaqədar informasiyanı mətbuata ötürməsi ölkənin hərbi gücünün nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB