Fransaya məxsus hərbi təyyarə radarlardan itib

Fransaya məxsus hərbi təyyarə radarlardan itib

Fransaya məxsus “Mirage 2000-D” hərbi təyyarəsi ölkənin şərqindəki dağlıq ərazilərdə radarlardan itib. Güman edilir ki, təyyarə qəzaya uğrayıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Fransa rəsmilərinin bildirdiyinə görə, təyyarədə iki pilot olub və o, Nansi-Oçey hərbi bazasından havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib. Pilotlarla əlaqə qurmaq mümkün olmayıb və dərhal axtarışa başlanılıb.

“L'est Republican” qəzetinin yazdığına görə, həmin ərazidə bəzi əşyalar, o cümlədən paraşüt və xəritə tapılıb. Təyyarənin yoxa çıxdığı əraziyə son günlər yağan güclü qar axtarış əməliyyatını çətinləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə