Bunları MOSSAD-mı etdi?

ABŞ-ın nüfuzlu mətbu nəşrlərindən olan "Foreign Policy" İsrailin xüsusi kəşfiyyat orqanı MOSSAD-ın əli olduğu iddia edilən bir neçə əməliyyat barəsində məlumat verib. SİA-nın məlumatına görə, jurnal son zamanlar adı MOSSAD-la çəkilən əməliyyatların israilliləri belə çaşdırdığını yazıb.

 

"Sionist quşlar". Ölkə: Səudiyyə Ərəbistanı

 

Ssenari: İsrailli elm adamları quşları ərəb ölkələrində casusluq etmələri üçün öyrədib. Bu həftə Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri ayağında "Təl-Əviv Universiteti" yazılan bir bilərzik daşıyan quşu nəzarətə götürüb. İsrailli alimlər bu quşun immiqrat quşlarla əlaqədar bir araşdırmanın tərkib hissəsinin olduğunu söyləsə də Səudiyyə Ərəbistanının mediasında quşun "Sionist ssenarinin" bir parçası olduğu yazıldı. Daha sonra dedi-qodular yayıldı və Səudiyyə Ərəbistanının internet saytlarında MOSSAD-ın casusluq etmələri üçün quşları öyrətdiyi istiqamətində iddialar səsləndi.

 

Qüds köpək balıqları. Ölkə: Misir

 

Ssenari: MOSSAD Misirin turizm sektorunu vurmaq üçün Qırmızı dənızə köpək balıqları buraxıb. Bu qış Misirin Qırmızı dəniz sahilində məşhur turizm şəhəri Şarm əl-Şeyxdə 5 adamın ölümü ilə nəticələnən köpək balıqlarının hücumundan sonra bəziləri bu hücumlarının təbiiliyinə şübhə etdi. Bundan sonra köpək balıqlarının dənizə MOSSAD tərəfindən buraxılması ilə bağlı iddialar Misirdə, eləcə də xarici ölkələrin mətbuat orqanlarında daha çox səslənməyə başladı.

 

Musiqi festifalı. Ölkə: Türkiyə

 

Ssenari: MOSSAD türkləri utandırmaq üçün rok musiqi festivalı təşkil edib. 2010-cu il iyun ayında İstanbulda təşkil edilən festival İsrailin Qəzzaya gedən humanitar yardım gəmisinə hücum etdiyi vaxta təsadüf etdiyindən daha çox siyasi müzakirələrin mərkəzinə çevrildi. Mətbuat konsertin israilli bir şirkət tərəfindən təşkil edildiyi və hücum zamanı həyatlarını itirən türklərə hörmətsizlik anlamına gəldiyini yazdı.

 

İctimai casusluq şəbəkəsi. Ölkə: İran

 

Ssenari: 2010-cu ildə efirə verilən "İctimai şəbəkə" filmində sosial paylaşım saytı "Facebook"un qurucusu Mark Zukerbergi universitetdəki sevgilisindən ayrılıq sonrası "Facebook"u qurduğunu gördük. Ancaq İrandakı bir televiziya şousunda Zukerbergin Vaşinqton hökumətinin əmrində çalışan bir Yəhudi olduğu ifadə olundu. Televiziya şousunda eyni zamanda "Facebook"un gerçək məqsədinin Qərbin kəşfiyyat orqanlarına məlumat sızdırmaq olduğu iddia edildi. Hətta üzərinə İngiltərənin "Independent" qəzetinin loqosu yapışdırılan saxta bir məqalədə "Facebook"un İsrail və ABŞ-a casusluq edən İsrail mərkəzli bir sayt" yazıldığına diqqət çəkildi.

 

İsrail agenti şalvarsız kapitan. Ölkə: İran

 

Ssenari: MOSSAD agentləri Hindistanın Araşdırma və Təhlil Təşkilatı ilə birgə hərəkət edərək, 2009-cu ildə yeni il günü təyyarə hücumu reallaşdırdı. İranın "Press TV"-si İsrailli bir təhlükəsizlik şirkətinin 2009-cu ildə Detroyta gedən bir təyyarəni yerə salmağa çalışdığına görə ittiham edilən Ömər Faruk Abdülmuttalibi pasportsuz olmasına baxmayaraq, Amsterdamda təyyarəyə minməsinə yardım etdiyini iddia etdi.

 

İsrail gənələrlə hücum etdi. Ölkə: Türkiyə

 

Ssenari: Yüksək qızdırmaya səbəb olan gənələr Qara dənizə turist qiyafəsində gələn qadın MOSSAD agentləri tərəfindən gətirilib. Səadət Partiyasının tanınmış simalarından biri Abdullah Uzun 2008-ci ildə xeyli insanın xəstələnməsinə səbəb olan gənələrin Qaradənizə turist adı ilə gələn qadın MOSSAD agentləri tərəfindən gətirildiyini iddia etdi. O, bu 8 ayaqlı gənələrin İsraildə laboratoriyalarda hazırlandığını bildirib.

 

Geni dəyişdirilən pomidorlarla MOSSAD sui-qəsdi. Ölkə: Türkiyə

 

Ssenari: Geni dəyişdirilmiş pomidorlar Türkiyənin kənd təsərrüfatını çökdürmək məqsədi ilə İsrail tərəfindən göndərilib. Ankara Ticarət Ofisinin rəhbəri Sinan Aygün geni dəyişdirilmiş pomidorların Türkiyədə də satılmasından sonra türk əkinçiliyinin müflisləşəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə