Yaponiyada aviareyslər güclü qar səbəbindən təxirə salınıb

Yaponiyada aviareyslər güclü qar səbəbindən təxirə salınıb

Yaponiyanın Hokkaydo adasına və geriyə aviareyslər güclü qar səbəbindən təxirə salınıb. SİA-nın məlumatına görə, bu, Yeni il bayramından sonra hər iki istiqamətdə hərəkət edənlər üçün ciddi əngəl yaradıb.

Aviaşirkətlərin məlumatına görə, Hokkaydo prefekturasının paytaxtı Sapporonun Nyu-Çitoşe aeroportundan şənbə günü Tokio, Osaka və Fukuokaya uçan təyyarələrdə bütün yerlər bronlaşdırılıb. Lakin uçuş-enmə zolağının işçilər tərəfindən fasiləsiz təmizlənməsinə baxmayaraq, reyslərin çoxu təxirə salınıb. Şənbə günü gecə saat 11-dək uçuş-enmə zolağına 6 saat ərzində 20 santimetrdən çox qar yağıb. Aeroportdan 60 çıxış və 45 qəbul olma reysi təxirə salınıb. Mindən çox sərnişin gecəni aeroportda keçirmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə