Əfqanıstanda 2 dinc sakin öldürülüb, 10 nəfər girov götürülüb

Əfqanıstanda 2 dinc sakin öldürülüb, 10 nəfər girov götürülüb

Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində yaraqlılar 2 dinc sakini öldürüb, 10 nəfəri girov götürüb. Bu barədə "Ariana" telekanalı məlumat yayıb. İlkin məlumatlara görə, yaraqlılar Dor Abad şəhərindən Fərahın mərkəzinə gedən nəqliyyat vasitəsini saxlayıblar. Onlar iki sakini öldürdükdən sonra on nəfəri naməlum istiqamətdə özləri ilə aparıblar.

Əfqanıstan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç biri hələlik baş vermiş hadisəyə görə məsuliyyəti üzərilərinə götürməyiblər. Daha əvvəl Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində 8 hərbçi ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə