Fransada 18 avtomobil toqquşub

Fransanın cənub-qərbində 18 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb. France Bleu radiostansiyası xəbər verir ki, xəsarət alanların 4-nün, o cümlədən 4 yaşlı uşağın vəziyyəti ağırdır.

Yol polisinin məlumatına əsasən, Jironda departamentində qeydə alının qəzaya yol örtüyünün buz bağlaması səbəb olub. Nəticədə 13 minik avtomobili və 5 yük maşını toqquşub. İnsident, həmçinin yolda tıxacların yaranmasına və regionda avtomobillərin hərəkətinin çətinləşməsinə gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə