Britaniya polisi şübhəli şəxsi güllələyib

Britaniya polisi şübhəli şəxsi güllələyib

Böyük Britaniya polisinin əməkdaşları cümə günü axşam saatlarında Koventri şəhərində kəşfiyyat əməliyyatı zamanı 1 nəfəri güllələyərk öldürüb, daha 2 nəfəri isə saxlayıb. SİA xəbər verir ki, bu barədə "Daily Express" qəzetinin elektron versiyasında məlumat verilib.

Uest Midlends qraflığının hüquq-mühafizə orqanları rəsmilərinin verdiyi məlumata görə, əməliyyat cümə günü yerli vaxtla saat 18:20-də Barnabi roud rayonunda keçirilib, küçə polis tərəfindən mühasirəyə alınıb. Hadisənin detalları barədə heçbir məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə